Gənc oğlan parkda dostunu bıçaqladı

Gənc oğlan parkda dostunu bıçaqladı

Hazırda oxunan: Gənc oğlan parkda dostunu bıçaqladı

616520

Şəmkir rayonunda gənc oğlan dostunu bıçaqlayıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi ərazisində baş verib.
 

Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Elcan Quliyev dostu Muradla parkda gəzərkən zarafatlaşıb. Bu zaman onların arasında mübahisə yaranıb və nəticədə E.Quliyev üzərində gəzdirdiyi turist bıçağı ilə dostunu kürəyindən vurub.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkəmə E. Quliyevə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiqi ilə onun cəzasını şərti hesab edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO