Musiqi alətində ifa etmək "beyin çürüməsi"nin qarşısını alır

Musiqi alətində ifa etmək "beyin çürüməsi"nin qarşısını alır

Hazırda oxunan: Musiqi alətində ifa etmək "beyin çürüməsi"nin qarşısını alır

616183

Musiqi alətində ifa etməyi öyrənməyin sosial media aludəçisi olan gənclərdə "beyin çürüməsi”nin qarşısını ala biləcəyi və diqqəti artıra biləcəyi aşkarlanıb.

Bizim.Media "Sabah"a istinadla xəbər verir ki, "British Journal of Psychology" jurnalında dərc olunan araşdırma hər hansı bir alətdə ifa etməyi öyrənmiş uşaqların və gənclərin diqqət dağınıqlığının daha az olduğunu müəyyən edib.

Araşdırmada 8-34 yaş arası 268 nəfər musiqiçilər və musiqiçi olmayanlar olmaqla iki qrupa bölünüb. Daha sonra onlar diqqət bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulmuş kompüter əsaslı tapşırıqları yerinə yetiriblər.
 

Əsas tapşırıqda iştirakçılar ekrana baxaraq tək bir oxun sola, yoxsa sağa baxdığına qərar verməyə çalışıblar və bu zaman ətrafdakı digər oxların onların diqqətini yayındırmasına icazə verməməyə diqqət ediblər. Musiqi təhsili almış iştirakçılar musiqi dərsi almayanlarla müqayisədə daha sürətli reaksiya veriblər və diqqətləri daha az yayınıb.


İsveçli və amerikalı tədqiqatçıların apardığı bir araşdırmada uşaqların gündəlik ekran vərdişləri izlənilib və sosial mediada çox vaxt keçirənlərin diqqət səviyyələrinin azaldığı qeydə alınıb.

Ancaq ritm öyrənməyi, not oxumağı, texnikaya yiyələnməyi və səhvləri düzəltməyi tələb edən musiqinin "beyin çürüməsi" adlandırılan bu vəziyyətə qarşı müqavimət göstərə biləcəyi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO