"Gələcək nəsillərin gecəqondularda böyüməsinin qarşısını almalıyıq".
Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Bakı Baş Planı 2040: WUF13-də Şəhərsalmanın Yeni Erası" adlı tədbirdə "Evlərimiz, Gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı" adlı sessiyada BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qeyd edib.
"Qeyri-rəsmi məskunlaşma ərazilərində çoxlu insan yaşayır. Biz növbəti nəsillərin belə gecəqondularda böyüməyinə icazə verməməliyik. Növbəti şəhərsalma forumlarında bu məsələni müzakirə etməliyik. Elə ailələr var ki, gecəqonduda belə yox, küçədə yaşayırlar. Belə hallarda uşaqların sağlamlıqları da təhlükədə olur. Buna görə də bu forum imkan verir ki, bu istiqamətdə müsbət təşəbbüsləri artıraq" .
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:10 / 21.05.2026
Anaklaudia Rossbax: "Gələcək nəsillərin gecəqondularda böyüməsinin qarşısını almalıyıq"
Hazırda oxunan: Anaklaudia Rossbax: "Gələcək nəsillərin gecəqondularda böyüməsinin qarşısını almalıyıq"
Hazırda oxunan: Anaklaudia Rossbax: "Gələcək nəsillərin gecəqondularda böyüməsinin qarşısını almalıyıq"
614571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































