"Azərbaycanda ikitərəfli günəş panelləri ilk dəfə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur"

"Azərbaycanda ikitərəfli günəş panelləri ilk dəfə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur"

Hazırda oxunan: "Azərbaycanda ikitərəfli günəş panelləri ilk dəfə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur"

614506

"İşğaldan azad edilmiş ərazilərdə prioritet insanmərkəzli şəhər modelinin yaradılmasıdır. Baş planlar elə hazırlanır ki, əsas sosial obyektlər insanların rahat istifadəsi üçün mərkəzləşdirilmiş formada yerləşdirilsin".

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bütün yaşayış məntəqələri ən müasir şəhərsalma prinsiplərinə uyğun qurulur və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları tətbiq edilir:

"Ekoloji tarazlığın qorunması, yaşıl zonaların yaradılması, avtomobil istifadəsinin minimuma endirilməsi və tarixi-mədəni irsin qorunması əsas prinsiplər sırasındadır".

E.Hüseynov bildirib ki, yaşayış məntəqələrində günəş panellərinin quraşdırılması, alternativ enerji mənbələrinin tətbiqi və "off-grid" küçə işıqlandırma sistemlərindən istifadə genişləndirilir:

"Azərbaycanda ilk dəfə ikitərəfli günəş panelləri məhz işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur".

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin böyük hissəsi alternativ enerji mənbələri hesabına təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO