Samuxda yas mərasimində kütləvi zəhərlənmə olub.
Bizim.Media “unikal.az”a istinadla xəbər verir ki, hadisə rayonu Lək kəndində baş verib.
Belə ki, kənddə keçirilən il mərasimində 20-yə yaxın şəxs zəhərlənib. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər kəndə yas mərasimində pomidor-xiyar yedikdən sonra özlərini pis hiss ediblər. Zəhərlənənlər arasında azyaşlılar da var.
Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Bizim.Media





































































































