Premyer Liqanın iki klubu "Karvan-Yevlax"ın legionerləri ilə maraqlanır

Premyer Liqanın iki klubu "Karvan-Yevlax"ın legionerləri ilə maraqlanır

Hazırda oxunan: Premyer Liqanın iki klubu "Karvan-Yevlax"ın legionerləri ilə maraqlanır

614426

Növbəti mövsüm “Karvan-Yevlax”ın artıq birinci liqada oynayacağı dəqiqləşdiyindən heyətdəki bir çox futbolçular komandanı tərk edəcək.

Bizim.Media xəbər verir ki, xüsusilə legionerlərin başqa klublara üz tutacağı gözlənilir. Artıq onlardan bəziləri ilə maraqlanan klublar da var.
 

Konkret olaraq Kayl Spens və Coy Sley Mikkelslə “İmişli” və “Şamaxı” klubları maraqlanır. Hər iki futbolçunun Yevlax təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatdığından onlarla artıq danışıqlara start verilib.


Qeyd edək ki, həm Spens həm də Mikkels cari mövsümün əvvəlindən “Karvan-Yevlax”a cəlb olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO