Tennis Federasiyası məşqçilər üçün MƏCBURİ akkreditasiyaya başlayır

Tennis Federasiyası məşqçilər üçün MƏCBURİ akkreditasiyaya başlayır

Hazırda oxunan: Tennis Federasiyası məşqçilər üçün MƏCBURİ akkreditasiyaya başlayır

614447

Azərbaycan Tennis Federasiyası (ATF) məşqçilər üçün vahid və məcburi akkreditasiya sisteminə start verir.

Bizim.Media xəbər verir ki, ATF ölkədə tennisin inkişat, məşqçi fəaliyyətinin vahid standartlara uyğunlaşdırılması və milli komandalar üçün peşəkar hazırlıq sisteminin gücləndirilməsi məqsədilə məşqçilər üçün məcburi akkreditasiya və re-akkreditasiya prosesinə başlayır.
 

Yeni proses çərçivəsində əvvəllər akkreditasiyadan keçmiş məşqçilərin mövcud statusu yenidən yoxlanılacaq və onların peşəkar fəaliyyətinin hazırkı tələblərə uyğunluğu qiymətləndiriləcək. Müvafiq standartlara cavab verən məşqçilərin akkreditasiyası yenilənəcək.


Eyni zamanda, bu günə qədər akkreditasiyası olmayan məşqçilərə də federasiya tərəfindən müəyyən edilmiş qaydalar əsasında akkreditasiyadan keçmək imkanı yaradılacaq.

Federasiyanın əsas məqsədi ölkədə tennis məşqlərinin keyfiyyətni artrmaq, gənc idmançıların düzgün sistem üzrə hazırlanmasını təmin etmək və milli komandalara namizəd oyunçuların yalnız peşəkar standartlara cavab verən məşqçi mühitndə inkişaf etməsinə şərait yaratmaqdır.

Akkreditasiya və re-akkreditasiya prosesindən keçməyən, yaxud bu prosesdə iştirakdan imtina edən məşqçilər Azərbaycan Tennis Federasiyasının rəsmi proqramlarında, milli komandaların hazırlıq prosesində və federasiya tərəfindən tanınan inkişaf layihələrində iştirak edə bilməyəcəklər.

Federasiya xüsusilə valideynlərin, yeniyetmə və gənc idmançıların diqqətinə çatdırır ki, akkreditasiyadan keçməmiş məşqçilərlə məşq edən hər hansı oyunçu gələcəkdə peşəkar karyerası çərçivəsində Azərbaycan milli komandalarının tərkibində, eləcə də ölkənin adından beynəlxalq yarışlarda çıxış etmək hüququ əldə edə bilməyəcək, həmçinin Federasiya tərəfindən ayrılan hər hansı maddi dəstək, təqaüd, təlim-məşq toplanışı, səfər, inventar və digər dəstək proqramlarından yararlana bilməyəcək.
 

Bu səbəbdən peşəkar tennis karyerası hədəfləyən uşaqlar, yeniyetmələr və gənclər məşqçi seçimi zamanı federasiya tərəfindən tanınmış və akkreditasiyadan keçmiş mütəxəssislərə üstünlük verməlidirlər.


Valideynlər də bu prosesdə məsuliyyətli yanaşmalı və övladlarının gələcək idman karyerasına təsir edə biləcək bu məqamı nəzərə almalıdırlar.

Dünyada məşqçilərin akkreditasiya və re-akkreditasiya prosesləri bir çox hallarda ödənişli əsaslarla həyata keçirilir. Lakin Azərbaycan Tennis Federasiyası ölkədə məşqçi potensialının inkişafına dəstək məqsədilə bu prosesi ilkin mərhələdə məşqçilər üçün ödənişsiz şəkildə təqdim edəcək.

Akkreditasiya müəyyən müddət üçün veriləcək və müddət başa çatdıqdan sonra məşqçilərin peşəkar fəaliyyəti yenidən qiymətləndiriləcək. Hər il yeni məşqçilər üçün akkreditasiyadan keçmək imkanı yaradılacaq, artıq akkreditasiyadan keçmiş məşqçilər isə müəyyən olunmuş qaydalar əsasında təkrar qiymətləndirmə və re-akkreditasiya prosesində iştirak edəcəklər.
 

ATF ölkədə tennis məşqçiliyinin peşəkar əsaslar üzərində qurulmasını, məşqçilərin bilik və bacarıqlarının artrılmasını, beynəlxalq təcrübəyə uyğun təlim sisteminin formalaşdırılmasını prioritet istqamətlərdən biri hesab edir.


Akkreditasiya və re-akkreditasiya prosesindən keçmək istəyən məşqçilərdən şəxsiyyət vəsiqələrinin surətni və özləri haqqında məlumatları aşağıda qeyd olunan e-mail ünvanına göndərmələri tələb olunur:

[email protected] Əlaqə: +944 55 694 14 66

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO