“Zəngəzur” tankerinin tərsanə təmiri başa çatdı - FOTO

“Zəngəzur” tankerinin tərsanə təmiri başa çatdı - FOTO

Hazırda oxunan: “Zəngəzur” tankerinin tərsanə təmiri başa çatdı - FOTO
0:00
0:00
61442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankerinin tərsanə təmiri başa çatıb.

Bu barədə Bizim.Media-ya ASCO-dan məlumat verilib.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı işləri aparılıb. Bundan başqa, tankerdə gövdə-qaynaq, elektrik-quraşdırma işləri də yerinə yetirilib. Həmçinin, yeni borular quraşdırılıb.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yaxın günlərdə Türkmənistandan xam neftin daşınmasına cəlb ediləcək.
Qeyd edək ki, “Zəngəzur” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO