Qrip kimi başlayır, böyrək və ağciyəri sıradan çıxarır... – Yeni virus XƏBƏRDARLIĞI

Qrip kimi başlayır, böyrək və ağciyəri sıradan çıxarır... – Yeni virus XƏBƏRDARLIĞI

Hazırda oxunan: Qrip kimi başlayır, böyrək və ağciyəri sıradan çıxarır... – Yeni virus XƏBƏRDARLIĞI

614285

Hantavirusun ilkin mərhələdəki simptomları qriplə qarışdırıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Roma Biotibb Universitetinin tibbi statistika və epidemiologiya şöbəsinin rəhbəri Massimo Çikkoççi “Ria novosti”yə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, hantavirusa yoluxduqdan sonra vəziyyətin ağırlaşması, o cümlədən böyrəklərin zədələnməsi ikinci həftədə baş verə bilər.

“İlk həftədə hantavirusun simptomları qripin əlamətlərinə çox bənzəyir — yüksək hərarət, əzələ ağrıları, hətta öskürək və mümkün qusma müşahidə olunur. Bu hallar ilk 3-5 gün və ya bir həftə davam edir. Lakin daha sonra simptomlar ağırlaşa, ağciyər və böyrək zədələnməsi başlaya bilər”, — deyə Çikkoççi qeyd edib.

Həkim Anatoli Altşteyn isə bildirib ki, Ebola virusu yayılma üsuluna görə hantavirusdan daha təhlükəlidir.

Ebola və hantavirusun simptomları bir-birindən “çox ciddi şəkildə fərqlənir. Onun sözlərinə görə, Ebola daha yüksək ölüm göstəricisinə malik təhlükəli törədicidir, hantavirus isə insanlar arasında zəif yayılır. Bununla belə, Altşteyn “MV Hondius” kruiz gəmisində aşkarlanan hantavirus variantının kifayət qədər yüksək ölüm faizinə səbəb olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO