Göyərçinlərə qayğı, yoxsa çörəyə hörmətsizlik? – FOTOFAKT

Göyərçinlərə qayğı, yoxsa çörəyə hörmətsizlik? – FOTOFAKT

Hazırda oxunan: Göyərçinlərə qayğı, yoxsa çörəyə hörmətsizlik? – FOTOFAKT

614166

Son zamanlar paytaxtımızda göyərçinlərin sayı kəskin artıb. Bu təbiət gözəlini də təbii ki, sevməyən yoxdur. Ona görə də paytaxtın meydan və parklarında çoxları göyərçinlərlə təmas qurmaq istəyir. Bunun üçünsə bəzən onları yemləməyə çalışırlar. Bu isə bəzi hallarda ciddi narazılıq və narahatlıq yaradır.

Göyərçini necə yemləməyi bilməyən paytaxt sakinləri bir çox hallarda onun qarşısına iri çörək parçası tökür. Göyərçinsə belə çörək parçalarına çox nadir hallarda yaxınlaşır. Nəticədə müqəddəs saydığımız çörək ayaq altında zibilə dönür. Və bəzi soydaşlarımız da əraziyə səpələnmiş çörək parçalarını tapdalayaraq keçir.

Beləcə göyərçin yemləmək ideyası son nəticədə həm bizə günah, həm də ictimai qınaq qazandırır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının ornitoloqu Leyla Əhmədli deyir ki, göyərçinlər yabani otların toxumları və mədəni  (buğda, arpa,vələmir,yulaf )bitkilərin dənləri ilə qidalanırlar:

“Göyərçinlərin həzm sistemi belə qaba yemləri həzm etməyə uyğunlaşmışdır.Məişət və ərzaq tullantılarının tərkibində digər kimyəvi maddələr, qarışıqlar olduğuna görə bu onlar üçün yad yemdir. Bu maddələr onların həzm sistemində problemlər yaradır və digər heyvanlar kimi quşlar da yemin tərkibində olan yad maddələri hiss edərək yemirlər”.

Göründüyü kimi meydan və parklarda göyərçinləri yemləmək adıyla çörək parçaları tökməyə lüzum yoxdur. Çünki o çörək parçalarını göyərçinlər yemir. Amma park və meydanlarız baxımsız hala gəlir. Ona görə də gəlin xeyirxah niyyətimizi narazılıq elementinə çevirməyək.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO