“İqlim dəyişiklikləri ilə urbanizasiya arasında əlaqə açıq şəkildə müşahidə olunur və bu proses xüsusilə qaçqın düşərgələrinə ciddi təsir göstərir”.
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbirdə bildirib.
İqlim dəyişiklikləri, urbanizasiya və əsas yaşayış ehtiyacları ilə bağlı mövcud çağırışlardan danışan XİN-in rəsmisi qeyd edib ki, bəzi bölgələrdə ildə 200 günədək ekstremal hava hadisələri qeydə alınır:
"Gələcəkdə iqlim qaçqınlarının sayının 70 milyona çatacağı proqnozlaşdırılır və bu, artıq münaqişələrdən zərər çəkmiş qaçqın əhalisinə təsir göstərəcək. İqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələr, eyni zamanda, maliyyə baxımından həssas dövlətlərdir".
Həmçinin qeyd olunub ki, qaçqın düşərgələri tədricən adi yaşayış evləri ilə əvəzlənməli və həmin yaşayış məntəqələri iqlim fəlakətlərinə qarşı dayanıqlı şəkildə qurulmalıdır.
Çıxış zamanı Zəngilanda həyata keçirilən “Ağıllı kənd” layihəsindən də bəhs olunub. Vurğulanıb ki, layihə postmünaqişə dövründə dayanıqlı yaşayış mühitinin formalaşdırılması, müasir urban həllərin tətbiqi və ekoloji yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:01 / 19.05.2026
Elşad İskəndərov: “İqlim dəyişikliklərindən ən çox maliyyə baxımından həssas dövlətlər təsirlənir”
Hazırda oxunan: Elşad İskəndərov: “İqlim dəyişikliklərindən ən çox maliyyə baxımından həssas dövlətlər təsirlənir”
Hazırda oxunan: Elşad İskəndərov: “İqlim dəyişikliklərindən ən çox maliyyə baxımından həssas dövlətlər təsirlənir”
614106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































