Dezinformasiya və ideoloji təxribata risklərinə qarşı mübarizə - yeni layihəyə start verildi

Dezinformasiya və ideoloji təxribata risklərinə qarşı mübarizə - yeni layihəyə start verildi

Hazırda oxunan: Dezinformasiya və ideoloji təxribata risklərinə qarşı mübarizə - yeni layihəyə start verildi

613913

“Qlobal Media və Siyasət Araşdırmaları” İctimai Birliyi tərəfindən “Rəqəmsal Məkanda Milli Kimlik: Təxribatlara Qarşı Mübarizə” adlı layihənin icrasına başlanılır.

Bizim.Media xəbər verir ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
 

Müasir dövrdə rəqəmsal informasiya mühitinin sürətli inkişafı milli kimliyin qorunması, informasiya təhlükəsizliyi və ictimai şüurun formalaşması baxımından yeni çağırışlar yaratmışdır.


Qlobal media platformalarının geniş təsir imkanları nəticəsində dezinformasiya və informasiya manipulyasiyası halları artmış, bu isə ideoloji təxribat risklərini gücləndirmişdir.

Layihənin əsas məqsədi rəqəmsal məkanda milli kimliyə yönələn təhdidlərin araşdırılması, dezinformasiya və manipulyasiya hallarının aşkarlanması, eləcə də bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsidir.

Layihə çərçivəsində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, gənclər və ictimaiyyət üçün maarifləndirici təlimlər təşkil olunacaq, sorğular keçiriləcək, həmçinin rəqəmsal mühitdə informasiya təhlükələrinin təhlilinə yönəlmiş podkastlar hazırlanacaq. Bununla yanaşı, mövzu ilə bağlı analitik məqalələrin yazılması və ictimaiyyətə təqdim edilməsi də layihənin əsas istiqamətlərindən biridir.

Layihənin icrası nəticəsində iştirakçıların media savadlılığının artırılması, rəqəmsal mühitdə kritik düşüncə bacarıqlarının inkişafı və milli kimliyin qorunması sahəsində ictimai şüurun gücləndirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO