Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamladı - VİDEO

Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamladı - VİDEO

Hazırda oxunan: Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamladı - VİDEO

613559

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.

Bizim.Media xəbər verir ki, o bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sabahkı açılışı ərəfəsində "BMT-Habitat"ın icraçı direktoru Anakludia Rossbax bütün dünyanı dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumda salamlayır", - məlumatda bildirilib.

Qeyd olunur ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat mənzillə təmin olunması məsələsi üzrə dialoqu irəli aparmağa imkan verəcək.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO