Yusif Həsənbəy son mənzilə yola salındı – FOTO/VİDEO

Yusif Həsənbəy son mənzilə yola salındı – FOTO/VİDEO

Hazırda oxunan: Yusif Həsənbəy son mənzilə yola salındı – FOTO/VİDEO

613294

Ötən gün Bakıda 93 yaşında vəfat edən Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəy bu gün Quba şəhərindəki Yuxarı qəbiristanlıqda dəfn olunub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, vida mərasimində şairin ailə üzvləri, yaxınları, sənət dostları və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
 

Mərasimdə çıxış edən qubalı şair Ramiz Qusarçaylı Yusif Həsənbəyin Azərbaycan poeziyasındakı xidmətlərindən, yaradıcılıq yolundan və ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.


Qeyd edək ki, Yusif Həsənbəy xərçəng xəstəliyindən əziyyət çəkib. Şair ötən gün Bakıda vəfat edib.

Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Azərbaycanın Quba şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqi Nəşriyyatında ədəbi redaktor, "Bakı" qəzetində ədəbi işçi, tərcüməçi olub. Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində təhsil alıb. 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri idi.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO