İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Hazırda oxunan: İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

612731

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq edən 3 nəfər saxlanılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb.

Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.
 

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb.


Araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO