Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

Hazırda oxunan: Bakıda yeni xətlənmələr sürücülərdə çaşqınlıq yaratdı - VİDEO

611850

Avtobus zolağına daxil olmaq olar? Orta zolaqlardan da sağa dönmək mümkündür?

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, Bakıda bəzi yollarda çəkilən yeni xətlənmə nişanları sürücülərdə çaşqınlıq yaradıb.

Bu cür nişanlanma xətləri ilə ilk dəfə qarşılaşdıqlarını deyən sürücülər bunun nə ifadə etdiyini bilmədiklərini dedilər. Bəzi sürücülər isə çaşqınlığın təcrübəsizlikdən irəli gəldiyini bildirirlər.
 

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, bunlar "1.11" nişanlanlanma xətləridir və bir çox yollarda istifadə olunur. Bu xətlər ikinci zolaqla hərəkət edən nəqliyyat vasitələrinə sağa dönmək üçün sağ zolağa keçməyə icazə verir.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də məlumat verildi ki, sağa dönmək üçün 1.11 nişanlama xəttindən sağ zolağa keçid edilməlidir. Nəqliyyat vasitələri zolaqlar üzrə hərəkət zamanı məcburedici düzünə nişanın tələbini pozaraq sağa döndüyü halda 40 manat məbləğində cərimə tətbiq edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO