Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

Hazırda oxunan: Tovuzda sürücü azyaşlını vurdu, sonra maşını aşdı - FOTO-VİDEO

610648

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə rayonun Aşağı Quşçu kəndində 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobillə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən azyaşlı piyadanı vurub.

Bundan sonra sürücü idarəetməni itirib və maşın yol kənarındakı fərdi yaşayış evininin həyətinə aşıb.

Qəza zamanı azyaşlı piyada müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Yol nəqliyyat hadisəsi zamanı minik avtomobilinin sürücü isə xəsarət almayıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.












Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO