"Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin test imtahanı 1-8 iyul tarixlərində keçiriləcək".
Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bu gün keçirilən brifinqdə qeyd edib.
"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakın ödənişli tətbiqinə baxmayaraq, sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir və bu qruplara xüsusi güzəşt mexanizmi müəyyən edilib.
Təqdim olunan dəyişikliklərə əsasən müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olması nəzərdə tutulsa da, sosial ədalət və inklüzivlik prinsiplərinin qorunması məqsədilə müəyyən kateqoriyalara münasibətdə ödəniş tətbiq olunmur.
Bu yanaşma xüsusilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin müsabiqəyə çıxış imkanlarının məhdudlaşmasının qarşısını almağa xidmət edir.
Müsabiqədə ilk dəfə iştirak edən, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün ödəniş nəzərdə tutulmayıb".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:34 / 28.04.2026
MİQ imtahanının vaxtı AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanının vaxtı AÇIQLANDI
Hazırda oxunan: MİQ imtahanının vaxtı AÇIQLANDI
609861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































