44 günlük Vətən müharibəsi dövründə qəhrəmancasına döyüşərək, şəhadətə ucalan hərbçilərimizdən biri də Vətən Müharibəsi qəhrəmanı Rəşad Abdullayevdir.
Bizim.Media xəbər verir ki, Ata-ananın tək oğlu, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.
2006-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmrilə leytenant hərbi rütbəsi alıb.
Rəşad Abdullayev 2012-ci ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlayıb, 2016-cı ildə aprel döyüşlərində iştirak edib.
2020-ci ildə Vətən müharibəsində iştirak edən Rəşad Abdullayev misilsiz qəhrəmanlıqlar göstərib, sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhadətindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin həyat hekayəsi ilə bağlı “Öndər TV”nin hazırladığı videosüjeti təqdim edirik:
Bizim.Media






































































































