“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO

“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO

Hazırda oxunan: “28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO
605832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni” tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada keçidi tikilir.

Bu barədə Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd olunub ki, buna məqsəd sərnişin axınını daha rahat və təhlükəsiz təşkil etmək, həmçinin Qırmızı və Yaşıl xətlərin gələcək müstəqil fəaliyyətini təmin etməkdir.

Yeni keçid “Cəfər Cabbarlı” platformasına ən qısa çıxışı təmin edəcək, “28 May” stansiyasında sıxlığı azaldacaq, eyni zamanda yeni tədris mövsümünə qədər istifadəyə veriləcək.
 

Artıq “Cəfər Cabbarlı–Nizami” istiqamətində uzunluğu təxminən 200 metr olan tunelin tikintisinin ilk mərhələsi tamamlanıb. İşlər təhlükəsiz Yeni Avstriya üsulu ilə aparılır və nəqliyyatın hərəkətinə maneə yaratmır.


Layihə başa çatdıqdan sonra Qırmızı və Yaşıl xətlər tam ayrılacaq. Keçid yalnız “28 May – Cəfər Cabbarlı” üzərindən təmin olunacaq və metroda hərəkət daha sürətli və nizamlı olacaq.

Onu da qeyd edək ki, tunelin tikintisinin növbəti mərhələlərdə 11 ay ərzində tamamlanması planlaşdırılır.

“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO - foto 1
“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO - foto 2
“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO - foto 3
“28 May”–“Cəfər Cabbarlı” tunelinin I mərhələsi tamamlandı- FOTO - foto 4

Naibə Məmmədova, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO