Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Hazırda oxunan: Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO
605301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.

Bizim.Media xəbər verir ki, ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
 

Xatırladaq ki, Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin sökülməsi qərara alınıb.


Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunmuşdu.



Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO