Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ

Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ

Hazırda oxunan: Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
605039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ehsan ənənələrinə fərqli və faydalı bir baxış bucağı gətirilib.

Bizim.Media Konkret.az-a istinadla xəbər verir ki, Samux rayonunda yerli sakinlərdən biri atasının vəfatından sonra yubiley ehsanı vermək əvəzinə, yaşadığı kəndin bərbad vəziyyətdə olan yollarını təmir etdirmək qərarına gəlib.

Sakin öz şəxsi vəsaiti hesabına kənd küçələrinə asfalt örtüyü çəkdirərək həm valideyninin xatirəsini yad edib, həm də yüzlərlə insanın gündəlik hərəkətini asanlaşdırıb.
 

Bu qeyri-adi ehsan növü sosial şəbəkələrdə və rayon ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanıb. Layihəni həyata keçirən sakin bildirib ki, adətən insanlar yaxınlarını itirəndə geniş süfrələr açır, israfçılığa yol verən məclislər təşkil edirlər.


Lakin o, bu vəsaiti daha qalıcı və cəmiyyət üçün xeyirli olan bir işə — yol infrastrukturunun yenilənməsinə yönəltməyi daha doğru hesab edib.

Onun sözlərinə görə, atılan bu addım həm atasının ruhuna dua olunmasına vəsilə olacaq, həm də gələcək nəsillər üçün nümunəvi bir təşəbbüs sayılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO