Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
603733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media verilən məlumata görə, hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür ki, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

“Yaranan çətinliklərin aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparan DYP əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülür. Lakin yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri sürücülərdən diqqətli olmağı, qaydalara qeyd-şərtsiz əməl etməyi tələb edir.
 

Bayram tətili günlərində səfərə çıxan əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, bir daha sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, ehtimal olunan təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görməyi, xüsusilə sürət həddini, ara məsafəsini, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edirik.


Dəyərli sürücülər, əmin olun ki, əlverişsiz hava şəraitində də intizamlı və səbrli davranmaqla həm özünüzün, həm də digər hərəkət iştirakçılarının mənzil başına sağ-salamat çatmasına töhfə verə bilərsiniz”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO