Dövlət Təhlükəsizliyi Xidməti Şuşada -VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti Şuşada -VİDEO

Hazırda oxunan: Dövlət Təhlükəsizliyi Xidməti Şuşada -VİDEO
6037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının açılışı baş tutub. Rəsmi açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev iştirak edib.

Açılış mərasimindən sonra Şuşa məscidi ziyarət olunmuşdur. Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov və gənc xanəndə Mirələm Mirələmov Şuşa məscidində canlı olaraq Azan səsləndiriblər.

Rəsmi tədbirlərin sonunda Cıdır Düzündə 30 ildən sonra ilk dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə əsgərlər üçün konsert proqramı keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov və əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Bizim.Media

 


 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO