Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI

Hazırda oxunan: Bakının bu rayonlarında iş tapmaq asandır - SİYAHI
603507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 70 mindən çox iş yeri yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, il ərzində paytaxtda ümumilikdə 78 min 411 yeni iş yeri açılıb. Eyni göstərici 2024-cü ildə 68 min 965 olub.
 

Rayonlar üzrə ən çox yeni iş yeri Nərimanov rayonunda qeydə alınıb. Bir il ərzində burada açılan iş yerlərinin ümumi sayı 14 708 olub.


Onu Nəsimi (12 847), Xətai (10 897) və Yasamal (9 851) rayonları izləyir. Ən az göstərici isə Pirallahı rayonunda (30) qeydə alınıb.

Digər rayonlarda isə göstəricilər belədir:

Binəqədi 7 912

Səbail 8 172

Sabunçu 3 730

Nizami 4 608

Suraxanı 2 510

Xəzər 2 006

Qaradağ 1 140.

Eyni zamanda, 2025-ci ildə Bakıda 11 min 155 yeni müəssisə və təşkilat yaradılıb.

Bu göstərici üzrə lider Xətai rayonu (1 973) olub. Sonrakı yerlərdə Yasamal (1 785), Nərimanov (1 519) və Nəsimi (1 380) qərarlaşıb. Ən az yeni müəssisə isə yenə Pirallahı rayonunda (70) qeydə alınıb. (Modern)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO