Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI

Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: Narkotiklə tutuldu, illər əvvəl qətl törətdiyi üzə çıxdı - Şəmkirdəki cinayətin TƏFƏRRÜATI
602091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməkdə ittiham olunan Turab Vəliyevin işi üzrə proses başa çatıb. Məhkəmənin hökmü ilə T.Vəliyev 13 il azadlıqdan məhrum edilib.
 

İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman T.Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.


Faktla bağlı cinayət işi başlanılsa da, cinayətin üstü açılmayıb, qatil tapılmayıb.

T.Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Araşdırmalar zamanı T.Vəliyevin 2010-cu ildə həmyerlisi M.Həsənovu qətlə yetirdiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO