Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Hazırda oxunan: Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO
601327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubanın ta Çar Rusiyasından qalmış üç yaşayış məntəqəsinin sovetdən qalma rus mənşəli adı da tarixə qovuşur. Bundan belə rayonun Vladimirovka kəndinin adı Elbir ,Timiryazev kəndinin adı Bəhrəli , Alekseyevka kəndinin adı isə Çinarlı adlandırılacaq. Hazırda Milli Məclisdə Qubadan gələn vəsatətin müzakirəsi aparılır və qanun layihəsi hazırlanır. 

Bizim.Media-nın çəkiliş qrupu sözügedən kəndlərdə olub, yerli sakinlərin yaşadıqları kəndin adının dəyişdirilməsinə münasibətini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Üç kəndin adı dəyişdirilir – SİYAHI


Quba-Xaçmaz yolunun üstündə yerləşən Alekseyevka və Timiryazev kəndlərinin sakinləri sən demə uzun müddətdir bu adların dəyişdirilməsini arzulayıblar.

Qeyd edək ki, coğrafi adların dəyişdirilməsi 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 10 -cu maddəsində yer alıb. Qanunun 10.1 maddəsində bildirilib ki, Azərbaycanda coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyən edilir. Bu baxımdan Qubadakı 3 kəndin sovetdən qalma adının gec də olsa dəyişdirilməsi qərarı çox məqsədəuyğundur.

Ətraflı Bizim.Media-nın videosüjetində: 


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO