“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO

Hazırda oxunan: “Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO
601305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mobil operator “Nar” ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. “Nar”ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü.

“Nar”ın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi, real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir.

Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir.

Təlimdən öncə “Nar”ın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər zaman olduğundan daha artıq ehtiyac olduğunu bildirdi.

 

Qeyd edək ki, “Nar” Azərbaycanın rabitə bazarına peşəkar kadrların hazırlanması məqsədilə, paytaxt və regionlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir və bu çərçivədə universitetin tələbələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində davamlı layihələr həyata keçirir.


Mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO - foto 1
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO - foto 2
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO - foto 3
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO