
- A-
- A
- A+
Cəmiyyət
18:34 / 04.03.2026
1 dəq oxunma
Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş
Hazırda oxunan: Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş
599690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı şəhərinin Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək.
Bizim.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.
Bildirilir ki, restoranın bir hissəsi "Azəriqaz" İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.
Məhkəmə "Azəriqaz"ın tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı" restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





































































































