Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO

Hazırda oxunan: Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO
597453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama keçirib.

Bu barədə Bizim.Media-ya AQTA-dan bildirilib.

Qeyd edilib ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin qida məhsullarının emalı prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb.

Saçaq pendirinin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO - foto 1
Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO - foto 2
Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO