Azərbaycanda Ukrayna məktəbi fəaliyyətə başlayıb - FOTOLAR

Azərbaycanda Ukrayna məktəbi fəaliyyətə başlayıb - FOTOLAR

Hazırda oxunan: Azərbaycanda Ukrayna məktəbi fəaliyyətə başlayıb - FOTOLAR

597259
Azərbaycanda Ukrayna şənbə günü məktəbi fəaliyyətə başlayıb.
 
Bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
 
Bildirilib ki, bu gündən etibarən 5-9 yaşlı ukraynalı uşaqlardan ibarət birinci qrup “Mriya” təhsil məkanında Ukrayna dilini, tarixini, mədəniyyətini, Ukrayna xalqşünaslığını peşəkar şəkildə öyrənəcək.
 
Layihə Bakıdakı Ukrayna Mərkəzi və Luqansk vilayəti diplomdan sonrakı pedaqoji təhsil institutunun sosial-humanitar fənlər və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Yelena Korotkova ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.
 
Açıq dərs zamanı Ukraynanın Azərbaycandakı səfirinin xanımı Lyudmila Qrebeniçenko ukraynalı uşaqları təhsil prosesinin başlanması münasibətilə təbrik edib, onlara biliklər diyarına maraqlı səyahət zamanı uğurlar və parlaq emosiyalar arzulayıb.
 
Xatırladaq ki, məhz 60 il əvvəl Kiyevdə Ukrayna dilinin mədəniyyəti məsələləri üzrə respublika konfransı keçirilib və iştirakçılar Ukrayna dilinə dövlət dili statusunun verilməsi tələbi ilə yuxarı instansiyalara müraciət ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO