Fevralın 24-də bu bayram qeyd olunacaq

Fevralın 24-də bu bayram qeyd olunacaq

Hazırda oxunan: Fevralın 24-də bu bayram qeyd olunacaq
596572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq.

Bizim.Media xəbər verir ki, xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır.

Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır.

Bu gün su elementinə - təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir.
 

Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə, “təzə su”dan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörəyi və xonçası olur; su çərşənbəsində mütləq pak və təmiz su süfrəyə qoyulur, dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təamlar əlavə olunur.


Qeyd edək ki, Fevralın 24-də ilk - Su çərşənbəsi, martın 3-də Od, martın 10-da Hava (Yel), martın 17-də isə axırıncı -Torpaq çərşənbəsi qeyd olunacaq. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO