Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Hazırda oxunan: Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
595146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün “Virgin Atlantic” aviaşirkətinə məxsus hava gəmisinin komandiri London–Dehli marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində qəfil pisləşmə qeydə alındığı üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün müraciət edib.

Beynəlxalq hava limanından Bizim.Media-ya bildirilib ki, “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 21:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişinə tibbi xidmət tərəfindən operativ şəkildə ilkin tibbi yardım göstərilib. Hazırda sərnişinin vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq aviasiya və təhlükəsizlik tələblərinə uyğun olaraq bütün aidiyyəti qurumlarla koordinasiyanı təmin edib.

Aeroport tərəfindən uçuş təhlükəsizliyi və sərnişinlərin sağlamlığı prioritet olaraq qorunur və bu istiqamətdə bütün əməliyyatlar operativ şəkildə icra edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO