Cəlilabadda qardaşı uşaqlarına xəsarət yetirən kişi tutuldu

Cəlilabadda qardaşı uşaqlarına xəsarət yetirən kişi tutuldu

Hazırda oxunan: Cəlilabadda qardaşı uşaqlarına xəsarət yetirən kişi tutuldu
593886
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində  kənd sakini şəxsi münasibətlər zəminində qardaşı uşaqlarına hücum edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi


Nəticədə 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Məlumata görə, onların vəziyyəti ağırdır.
 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin bir müddət əvvəl Dağıstandan qayıtdığı və əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO