Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?

Hazırda oxunan: Süleyman Mikayılov adı çəkilməsin deyə tapşırıq verib, kömək vəd edibmiş?
593657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb son dövrlər adı bir sıra cinayət işlərində hallanan proseslərlə bağlı olub.

Bir müddət əvvəl icra başçısının müavinləri və digər bəzi rəsmi şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanıb və onlar həbs ediliblər. Həmin vaxt Süleyman Mikayılovun saxlanılan şəxslərə istintaq prosesində onun adının çəkilməməsi ilə bağlı tapşırıq verdiyi, eyni zamanda onların ev dustaqlığına buraxılmasına kömək edəcəyinə söz verdiyi iddia olunur.

Lakin müəyyən müddət keçməsinə baxmayaraq, vəd edilən addımların atılmadığı bildirilir. Bundan sonra həbs olunan şəxslərin aidiyyəti üzrə - o cümlədən prokurorluq orqanlarına müraciət edərək, baş verənlərlə bağlı şikayət etdikləri qeyd olunur.

Məhz bu müraciətlərdən sonra aparılan araşdırmalar zamanı Süleyman Mikayılovun adının prosesdə hallandığı və bunun da onun vəzifədən azad edilməsinə səbəb olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO