Məhkəmə Vətən müharibəsi iştirakçısı ilə bağlı qərar verdi

Məhkəmə Vətən müharibəsi iştirakçısı ilə bağlı qərar verdi

Hazırda oxunan: Məhkəmə Vətən müharibəsi iştirakçısı ilə bağlı qərar verdi
593305
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəmədə dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 2023-cü ilin noyabrında paytaxtın Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib. Belə ki, Şamaxı rayon sakini, 25 yaşlı İsrafilov Firudin Malik oğlu mübahisə zamanı 22 yaşlı Bərdə rayon sakini Hacıyev Cümşüd Duman oğlunu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb. F. İsrafilov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs F.İsrafilov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İsrafilov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO