15 yaşlı qızı qaçıran oğlandan yeni XƏBƏR VAR

15 yaşlı qızı qaçıran oğlandan yeni XƏBƏR VAR

Hazırda oxunan: 15 yaşlı qızı qaçıran oğlandan yeni XƏBƏR VAR
592901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişlidə 15 yaşlı qızı qaçıran şəxsə hökm oxunub.

Bizim.Media xəbər verir ki, məhkəmənin hökmü ilə rayon sakini, 2001-ci il təvəllüdlü Balakişi Qarayev 1il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib. B.Qarayev məhkəmə zalında azad edilib
Xatırladaq ki, Balakişi Qarayev sosial şəbəkədə 2010-cu il təvəllüdlü qızla tanış olub.

Bir müddətdən sonra Balakişi ilə 15 yaşlı qız arasında sevgi münasibəti yaranıb. Balakişi qıza evlənmək təklif edib və xanım da onun bu təklifi ilə razılaşıb. Balakişi razılıq əsasında qızı qaçıraraq onu dayısının evinə gətirib. O, 15 yaşlı qızla evdə cinsi əlaqədə də olub. Səhəri gün məlum olub ki, qızın valideynləri polisə məlumat veriblər və faktla bağlı araşdırmalar aparılır.

Balakişi buna görə qızı evlərinə göndərib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Qarayev saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

İmişli Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmiş tərəf təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO