Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO
592107
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Havaların qarlı və şaxtalı keçməsi dağətəyi yaşayış məntəqəsində vəhşi yırtıcıların fəallaşmasına və nəticədə kəndə enməsinə səbəb olur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Baş Zəyzid kəndində son iki həftədə kənd sakinlərini narahat edən ardıcıl hadisələr yaşanır. Belə ki, naməlum yırtıcı gecə saatlarında həyətyanı sahələrə daxil olaraq ev quşlarını tələf edir.

Sakinlərin sözlərinə görə kəndin müxtəlif məhəllələrində, daha çox da eyni ərazidə məskunlaşan 20 ailəyə məxsus ümumilikdə 200-ə yaxın ev quşu məhv edilib.

Sakinlər bu hücumların dağlıq-meşəlik ərazidə yaşayan yırtıcı heyvanlar tərəfindən törədildiyini ehtimal edirlər. Onlar kənddə vəziyyətin ciddi narahatlıq yaratdığını deyir və həm özlərinin, həm də təsərrüfatlarının təhlükəsizliyi üçün tədbir görülməsini istəyirlər.

Sakinlər baş verənlərdən sonra quduzluq ehtimalını da istisna etmir. Bu səbəbdən ərazidə sanitar-profilaktik tədbirlərin görülməsini, yırtıcı heyvanların kəndə yaxınlaşmasının qarşısının alınmasını və müvafiq qurumların məsələyə müdaxilə etməsinin zəruruliyini diqqətə çatdırıblar.

Bu arada yırtıcıların xüsusiyyətlərini bilən bir sıra ovçular ev quşlarına hücumların çaqqal, tülkü, ya da ağ döş deyilən yırtıcılar tərəfindən edildiyini iddia edirlər. Daha çox isə hadisənin ağ döş adlanan yırtıcı tərəfindən törədilmə ehtimalı böyükdür.

Məsələ ilə əlaqədar kəndin müvafiq orqanları da məlumatlandırılıb. Bu istiqamətdə tədbirərin görülməsi qərara alınıb.


Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO - foto 1
Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO - foto 2
Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO - foto 3
Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO - foto 4


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO