"Temu"da satılan məhsul azərbaycanlıları hiddətləndirdi - FOTOFAKT

"Temu"da satılan məhsul azərbaycanlıları hiddətləndirdi - FOTOFAKT

Hazırda oxunan: "Temu"da satılan məhsul azərbaycanlıları hiddətləndirdi - FOTOFAKT
588875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Azərbaycana qarşı hörmətsizlik və açıq təhqir kimi qiymətləndirilən bir hal ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Belə ki, "Temu" onlayn alış-veriş platformasında Azərbaycan xalqı üçün müqəddəs sayılan 8 Noyabr - Zəfər Günü yazıları və Zəfər abidəsini əks etdirən simvolların hamam aksesuarları, unitaz üçün nəzərdə tutulan ayaqaltıları və corablar üzərində istifadəsi cəmiyyət tərəfindən milli dəyərlərə həqarət kimi dəyərləndirilir.

Bizim.Media xəbər verir ki, qeyd olunan məhsulların hamam və unitaz üçün istifadəyə nəzərdə tutulması sosial şəbəkələrdə və ictimai müzakirələrdə ciddi etirazlara yol açıb.

İstifadəçilər bu addımı Azərbaycanın tarixi Qələbəsinə, şəhidlərin xatirəsinə və milli qürurumuza qarşı açıq hörmətsizlik hesab edirlər.

Bu məhsulların Çinin Çjetszyan şəhərində istehsal edildiyi və "Elmber Gloow" adlı mağaza tərəfindən "Temu" onlayn satış platformasında satışa çıxarıldığı bildirilir.

Hazırda satışda olan məhsullar arasında corablar və hamam aksesuarları ilə yanaşı, masa üçün süfrələr də yer alır. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO