Bakıya daha 30 avtobus GƏTİRİLDİ – RƏSMİ/ÖZƏL

Bakıya daha 30 avtobus GƏTİRİLDİ – RƏSMİ/ÖZƏL

Hazırda oxunan: Bakıya daha 30 avtobus GƏTİRİLDİ – RƏSMİ/ÖZƏL
583856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən ay 30-a yaxın yeni avtobus daşıyıcılar tərəfindən paytaxta gətirilərək xətlər üzrə yenilənib.

Bu barədə Bizim.Media-nın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məlumat verilib. Məlumatda bildirilir ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. İl ərzində isə Bakıya 220-dən artıq avtobus gətirilib. İlin sonuna kimi bu rəqəmin 400-ə yaxın olması planlaşdırılıb.

Ölkə üzrə il ərzində ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir.

AYNA-nın məlumatında qeyd edilir ki, bütün bunlar ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək.

Naibə Məmmədova, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO