Daha bir marşrutda bütün avtobuslar yenilənir – FOTO

Daha bir marşrutda bütün avtobuslar yenilənir – FOTO

Hazırda oxunan: Daha bir marşrutda bütün avtobuslar yenilənir – FOTO
583331
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilib.

Belə ki, 4 komfortlu və irututumlu avtobusa daha 6-sı əlavə olunaraq xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan “Yutong” markalı avtobus sərnişinlərə xidmət göstərəcək.
 

Dekabrın 2-dən fəaliyyətə başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0.60 AZN təşkil edəcək, ödənişlər nağdsız qaydada həyata keçiriləcək.


Qeyd olunub ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Daha bir marşrutda bütün avtobuslar yenilənir – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO