Zabratdakı ağır qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

Zabratdakı ağır qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO

Hazırda oxunan: Zabratdakı ağır qəzanın görüntüləri yayıldı - ANBAAN VİDEO
583098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, ərazidə yaşayan şəxslər hadisəyə yüksək sürətin səbəb olduğunu deyir:

“VAZ 2107” yuxarıdan işıq yandırmadan gəlib. “Toyota Prado” isə işıqforda yaşıl işıqdan keçən zaman onu görməyib. Maşın çox yüksək sürətlə gəlibmiş”.

“Yer bütün zir-zibil idi. Elə bil, bomba partlamışdı. Çox pis qəza olub”.

TƏBİB-dən açıqlanan son məlumatda isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO