Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olundu

Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olundu

Hazırda oxunan: Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olundu
582710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, “Royal Jordanian Airlines” şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər əl-Nahar arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, iki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı – Amman – Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olunub.

Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Amman istiqamətində cari ilin iyun – sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO