Zaqatalada bina YANDI

Zaqatalada bina YANDI

Hazırda oxunan: Zaqatalada bina YANDI
582173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada yaşayış binasında yanğın olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qazangül qəsəbəsində 5 ailənin yaşadığı, ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli binada baş verib.

Yanğınsöndürənlərin səyi nəticəsindəbinanın tam yanmasının qarşısı dərhal alınıb.  Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 140 kvadratmetr sahədə yanıb.
 

Yanğın zamanı bina sakini Xuraman Qocayevaya məxsus ümumi sahəsi 130 kvadrat metr olan 4 otaqlı evin mətbəxtinin yanar konstruksiyaları və tavanı 12 kvadratmetr sahədə yanıb.


Xuraman Qocayevanın verdiyi məlumata görə, 2024-cü ilin iyun ayında rayonun Aşağı Çardaqlar kəndində ailəsinə məxsus fərdi yaşayış evi də naməlum səbəbdən yanıb.

Yanğın baş verən binada 4 otaqlı evi yeni alıblar və evə 10 gün əvvəl köçüblər. Yanğın zamanı xəsarət alan olmayıb.
 

Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO