Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyası başlayıb - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyası başlayıb - FOTO

Hazırda oxunan: Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyası başlayıb - FOTO
5814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

Bizim.Media xəbər verir ki, aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Hərbi qulluqçularımızın istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində növbəti günlərdə işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək.

Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO