Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Hazırda oxunan: Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO
580817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etməkdir.
 

Qlobal Gənclər Sammitinin açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava çıxış ediblər.


Çıxışlarda gənclərin İKT sahəsində fəal iştirakının, eləcə də kosmik sənayenin, texnologiyanın qlobal inkişaf məqsədlərinin inkişafında rolunun vacibliyi vurğulanıb.

Açılış mərasimindən sonra “Nəsillərarası dialoq” sessiyası keçirilib. Sessiyada BTİ-nin altı regional nümayəndəliyindən və Azərbaycandan olan gənclər fikir mübadiləsi aparırlar.

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 1
Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 2
Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 3
Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 4
Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 5
Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO