Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO

Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO

Hazırda oxunan: Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO
578792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq lüks anlayışı yalnız insanlara aid deyil. Sosial şəbəkələrin yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı bunu sübut edir.

Bizim.Media xəbər verir ki, Şotlandiyanın paytaxtında yaşayan Samanta incəlik və zərif təmkinin simvoluna çevrilib, ən məşhur dəb jurnallarının üz qabığına çıxmağa layiq obraz yaradıb. O, artıq moda sənayesini və izləyiciləri heyran etməyi bacarıb.

Təsadüfi deyil ki, Jimmy Choo, Tommy Hilfiger və Harrods kimi böyük brendlər onunla əməkdaşlıq üçün növbəyə düzülüblər.

Onun duruşu, baxışı və qüsursuz silueti bir şeyi xatırladır: həqiqi zərifliyə söz gərək deyil.

Məhz bu təbii cazibədir ki, Samatanın parıltısı qarşısında ən bahalı zinət əşyaları belə solur.

Samanta təkcə Edinburq küçələrini deyil, həm də bütün dünyanın milyonlarla insanının qəlbini fəth edərək aristokratik üslubun canlı simvoluna çevrilib.

Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO - foto 1
Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO