Ürək çatışmazlığı olan xəstələrin NƏZƏRİNƏ

Ürək çatışmazlığı olan xəstələrin NƏZƏRİNƏ

Hazırda oxunan: Ürək çatışmazlığı olan xəstələrin NƏZƏRİNƏ
578745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat göstərib ki, həm çox isti, həm də çox soyuq hava şəraiti ürək çatışmazlığı olan insanlarda ölüm riskini artırır.

Bizim.Media xəbər verir ki, “JAMA Cardiology” jurnalında dərc olunan araşdırmada 2006-2021-ci illər arasında ürək çatışmazlığı diaqnozu qoyulmuş 250 mindən çox isveçli xəstənin məlumatları təhlil edilib.

Nəticələrə görə, soyuq hava bütün səbəblərdən ölümü 13 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 16 faiz artırıb. İsti hava isə bütün səbəblərdən ölümü 5 faiz, ürək-damar xəstəliklərindən ölümü isə 8 faiz artırıb.

Tədqiqatçılar müəyyən ediblər ki, ölüm riski həm soyuq, həm də isti hava şəraitində yüksəlir, yəni “U” formalı əlaqə mövcuddur. Ən güclü təsir isə aşağı temperaturlarda müşahidə olunub. Əlavə olaraq, kişilər, şəkərli diabet xəstələri və diuretik dərmanlardan istifadə edənlər soyuğa qarşı daha həssasdırlar. Atrial fibrilasiya və ya ürək ritm pozğunluğu olan xəstələr isə isti hava zamanı daha çox risk daşıyıblar. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi ilə bağlı artan ekstremal temperatur hadisələri gələcəkdə ürək-damar xəstəliklərindən ölüm riskini daha da yüksəldə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO