DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı

DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı

Hazırda oxunan: DTX tərəfindən saxlanılan Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırıldı
577754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu da vəzifəsindən uzaqlaşdırılıb.

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd olunub ki, Mehralı Səmədov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib.

M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.

Həmçinin bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov da vəzifəsindən azad edilib. Araşdırma nəticəsində generalın da Saleh Səmədovla əlaqəsi olduğu, ona qurumun yaradılmasının 30 illiyinə həsr edilmiş medalla təltif etdiyi üzə çıxıb.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

Hazırda iş üzrə ibtidai istintaq aparılır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO