ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb – FOTO

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb – FOTO

Hazırda oxunan: ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb – FOTO
577422
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ADY-nin müxtəlif sahələrində çalışan işçilər üçün birgə təlimlərə başlayıb.

Bizim.Media xəbər verir ki, yəlimlərin keçirilməsində məqsəd ADY-də çalışan əməkdaşların əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizlik mədəniyyətinin artırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsidir.
 

Proqram çərçivəsində keçirilən təlimlər nəzəri və praktiki hissələrdən ibarətdir. DƏMX-nin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları barədə ətraflı məlumat veriblər.


Təlimin praktiki hissəsi isə ADY-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşları tərəfindən keçirilib və bu mərhələdə yanğından mühafizə zamanı davranış qaydaları nümayiş etdirilib.

Təlimdə 100-ə yaxın ADY əməkdaşı iştirak edib.

Qeyd edək ki, gələcək mərhələlərdə ADY və Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən müəssisələrdə metodiki dəstəyin davam etdirilməsi, zəruri hallarda işçilərin birbaşa təlimatlandırılması və SƏTƏM ixtisas tələblərinə uyğun maarifləndirici tədbirlərin təşkili planlaşdırılır.

ADY və Dövlət Əmək Müfəttişliyi Xidməti birgə təlimlərə başlayıb – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO